“WhatsApp” – dan yeni qaydaları qəbul etməyən istifadəçilərə qadağa

        “WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

  Realliq.TV bildirir ki, bu barədə feysbuk  rəsmiləri  məlumat yayıb.

     Bildirilib ki, bu gündən “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

     Bildirək ki, “WhatsApp” qeydiyyat müqaviləsinə fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bənd əlavə edərək istifadəçilərinin tənqidinə səbəb olub.