Xərçəngdən əziyyət çəkən Afaq Bəşirqızı ağır əməliyyat olunub– efirdə açıqlandı

Xalq artisti Afaq Bəşirqızı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir, buna görə ağır əməliyyat olunub.

Reallıq Tv. bildirir ki, bu barədə “Günün sədası” səhər şousunda açıqlanıb. Belə ki, proqramda Xalq artisti Afaq Bəşirqızı mərhum sənətkar Amaliya Pənahovanı yad edərək deyib:

“Vəfatından əvvəl Amaliya xanımın xarici görünüşü çox dəyişilmişdi. Yazdılar ki, Amaliya bu yaşda plastik əməliyyat etdirib. Amma Amaliya həmin o xəstəlikdən (xərçəng xəstəliyini nəzərdə tutur) tamamilə ətini tökmüşdü”.  

Daha sonra verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev qeyd edib:

“Heç bilmirdim ki, Afaq xanım da belə xəstələnib və ağır əməliyyat keçirib. Bizim diaqnozumuz eynidir”.

Xatırladaq ki, Ağadadaş Ağayev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub.