Xankəndindən Şuşaya
12-13 may tarixində Şuşada keçirilən “Xarıbülbül” Mahnı Festivalına gedən Azərbaycan jurnalistləri, yazıçılar, incəsənət xadimləri Şuşaya Qırmızı Bazar və Xankəndinin içərisində keçiblər.
Bir zamanlar Şuşada “Xarıbülbül” Mahnı Festivalını keçirməyi yuxularımızda belı görmədiyimiz halda, şanlı ordumuz bu günləri bizə yaşatdı .
Hazırda Xankəndi, Xocalı, Xocavənd… bizə tam əlçatmaz olsa da, hər birimiz əminik ki, şanlı ordumuzun gücü, xalqımızın birliyi ilə o yurdlarımızda da gözəl günlər yaşayacağıq