Xarici bloggerlər Ağdamın Cümə məscidində olublar

57″Show Me Azərbaijan” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici bloggerlərin Ağdam şəhər Cümə məscidində olublar.
Bloggerlərə ermənilərin məsciddə törətdikləri vandallıqla bağlı məlumat verilib.
“Show Me Azərbaijan” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici bloggerlərin Ağdam şəhərinə səfəri başlayıb.
Səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. “Show Me Azərbaijan” layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.