Yaponiyada 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil üçün sənəd qəbulu aparılır
Yaponiyanın Azərbaycandakı səfirliyi 2021-2022-ci tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən Realliq.TV-yə bildirilib ki, təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif təhsil səviyyələrini əhatə edir. Təqaüd proqramına mayın 31-dək müraciət etmək olar.
Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.