Yasamal rayonunda yeni işıqforlar quraşdırılıb
Bakının Yasamal rayonunda, Nəriman Nərimanov prospekti, 125 ünvanında yeni işıqforlar quraşdırılıb.
Realliq.TV – yə bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, ərazidə müvafiq nişanlanma xətləri təşkil edilib, nizamlanan eynisəviyyəli piyada keçidlərinin qarşısında panduslar inşa olunub.