“YAŞAT” Fonduna bu günədək qədər toplanan fəsait

    Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 37 milyon manata çatır.

         Fonda toplanan vəsait 36 711 311.61 manatdır. Həmin vəsaitdən 16 505 729.93 manatı fiziki şəxslər, 20 205 581.68 manatı hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 21 423 360.91 manatı xərclənib. Vəsaitin qalığı isə 15 287 950.7 manatdır.

        “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün https://yashat.gov.az/ portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.