YUNESKO nümayəndələrinin gələn ay Azərbaycana gəlməsi gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə ” “Ümid edirəm ki, gələn ay YUNESKO missiyası Azərbaycana gələcək”,- deyib.

Prezidenti İlham Əliyev əlavə edib : “Uzun illərdir YUNESKO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, YUNESKO siyasi mübahisələr məsələsinə qarışmır. Belədə bütün işğal illərində YUNESKO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi YUNESKO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam. İndi onların gəlişi üçün YUNESKO ilə logistika üzrə danışıqların son mərhələsindəyik”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan YUNESKO-nun Ermənistan tərəfinin Azərbaycanın milli və mədəni irsi ilə nələr etdiyini görməsini istəyir.