Zəngilan rayonunda Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissəsi fəaliyyətə başlamışdır

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlamışdır.

Bu barədə Realliq.TV – yə  DSX-dən bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan “28 May – Respublika günü” və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik etmişdir.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilmişdir.