Zelenski Donbassdakı vəziyyətdən danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Donbasda vəziyyət çətinləşib.

Reallıq Tv. xəbər verir ki, bu barədə Zelenski videomüraciətində məlumat verib. Onun sözlərinə görə, itkilər getdikcə artır. O vurğulayıb ki, Rusiyanın Ukraynanın bəzi şəhərlərini atəşə tutması bir gün belə dayanmır.

“Bu gün Nikolayevə raket və artilleriyda nmüntəzəm zərbələr endirilib. Rusiya ordusu yenidən Xarkovu və bölgənin əsas hissəsini – Starıy Saltov, Zoloçiv, Bayrak və başqalarını vurublar. Yaralananlar və ölənlər”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Donbasa basqın etmək cəhdləri dayanmır.