Zelenski İlon Maskı YENƏ DANLADI: “Gəl öz gözlərinlə gör…”

Ukrayna prezidenti Volodimir Zelenski milyarder iş adamı İlon Maskın Ukraynanın Rusiyaya torpaq verməklə sülhə nail ola biləcəyi təklifinə sərt reaksiya verib.

Reallıq Tv. xəbər verir ki, Zelenski Rusiya qüvvələrinin ölkəyə vurduğu zərəri görmək üçün İlon Maskı Ukraynaya səfərə dəvət edib.

Ukrayna liderinin fikrincə, belə bir səfər milyarderin real vəziyyəti anlamasına kömək edə bilər.

“Rusiyanın burada nə etdiyini anlamaq istəyirsinizsə, Ukraynaya gəlin və bunu öz gözlərinizlə görün. O zaman bizə bu müharibəni necə bitirəcəyimizi, kimin başladığını və nə vaxt bitirə biləcəyimizi söyləyərsiniz” – Zelenski İlon Maskı tənbeh edib.

Qeyd edək ki, Maska məxsus SpaceX şirkəti Ukraynada pulsuz internet xidməti göstərməkdə davam edir. Rusiyanın elektrik stansiyalarına hücumları altında bu xidmət Ukraynada mühüm rol oynayır.

İlon Musk oktyabr ayında zərərə baxmayaraq, Starlink xidmətlərini Ukraynada davam etdirəcəklərini açıqlayıb: “Lənət olsun, Starlink pul itirsə də, digər şirkətlər milyardlarla dollar vergi tutsa da, biz Ukraynada xidməti maliyyələşdirməyə davam edəcəyik”.

Xatırladaq ki, bir müddət əvvəl Krımın Rusiyanın bir hissəsi olduğunu deyən Mask Ukraynanın bu məsələdə neytral qalmalı olduğunu bildirib.

Bu tvit qısa müddətdə müzakirələri alovlandırıb.

Milyarderin bu cür açıq tvitlərindən sonra Zelenski “Hansı İlon Maskı daha çox bəyənirsiniz: Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı?” başlıqlı sorğu keçirib və Twitter istifadəçilərinin əksəriyyəti Ukrayna