Zelenski Odessa və Çerkası qubernatorlarını vəzifələrindən azad edib

Ukraynada Çerkası və Odessa Regional Dövlət Administrasiyalarının rəhbərləri vəzifələrindən uzaqlaşdırılıb.

Bununla bağlı dövlət başçısı Volodimir Zelenski fərman imzalayıb.

Qərara əsasən, Serqey Qrinevetskini polkovnik Maksim Marçenko əvəzləyib. O, 2015-2017-ci illərdə millətçi “Aydar” batalyonunun komandanı olub.

Çerkası vilayət administrasiyasının rəhbəri Aleksandr Skiçkonun yerinə isə peşəkar hərbçi, general-mayor İqor Taburets təyin edilib.